Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi

2024-cü ildən qüvvəyə minən Vergi Məcəllsinə dəyişikliklərə əsasən, yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri gəlirlərindən sahibkarlıq fəaliyyətindən gəlir əldə şəxslərin əldə etdiyi gəlirlərə uyğun olaraq vergilərini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər.

Yəni 2023-cü ilin sonuna qədər qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən, yükdaşıma və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyədən vergi vermirdilər. Onar fərqlənmə nişanı almaqla il ərzində fəaliyyətlərini davam etdirirdilər. Yalnız fərqlənmə nişanı üçün ödəniş ediridlər, dövriyyədən vergi vermirdilər.

Lakin 2024-cü ildən qüvvəyə minən vergi məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrinə edilmiş dəyişikliklərə əsasən artıq yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki illərdə olduğu kimi “Fərqlənmə nişanı”nına görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməli olacaqlar. Yəni dövriyyəsi 200.000,0 manata qədər olan və vergi ödəyicisi olmayan şəxəslərə (vətəndaşlara) xidmət göstərən şəxslər sadələşdirilmiş vergi kimi 2 faiz dərəcə ilə vergi ödəyəcəklər. Vergi ödəyicilərinə xidmət göstərən və dövriyyəsi 200.000,0 manata qədər olan həmçinin 75% güzəşt hüququndan istifadə edə bilən şəxslər gəlir (mənfəət) vergisini (yekun hesablanan vergi 5 faiz olacaq) hesablayıb dövlət büdcəsinə ödəməli olacaqlar.

Əvvəlki 12 aylıq dövriyyəsi 200.000,0 manatdan artıq olan vergi ödəyiciləri isə ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınmalıdır. Onlar ƏDV və mənfət vergisi ödəməli olacaqlar.

MİSAL: Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs 2024-cü ilin 1-ci rübü ərzində vətəndaşlara yüklərin daşınması ilə əlaqədar 15000,0 manat gəlir əldə etmişdir. Bu zaman həmin şəxs 2024-cü ilin 1-ci rübü üçün 15000*2%=300 manat vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

MİSAL: Hesab edək ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan və orta aylıq 3 işçisi olan şəxs 2024-cü il ərzində vergi ödəyicilərinə yükdaşıma xidməti göstərmiş və illik gəliri 90000,0 manat gəlirdən çıxılan xərcləri isə 15000,0 manat olmuşdur. Vergi ödəyicisi məcəlləyə uyğun olaraq mikro sahibkarlıq subyekti kimi gəlir (mənfəət) vergisi üzrə 75% güzəşt hüququndan istifadə edə bilər. Bu zaman ödəyicinin büdcəyə ödəməli olduğu illik vergi məbləği: ((90000,0-15000,0)-(90000,0-15000,0)*75%)*20%=3750,0 manat olacaqdır.