Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə 2026-cı ildən nəzərədə tutulan dəyişikliyə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan, dövriyyəsi 200000,0 manatdan artıq olan və sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərin 2026-ci ildən etibarən 3 il müddətinə dövriyyələrinin bir hissəsi 6% dərəcə ilə vergiyə cəlb oluna bilər. Dəyişikliyə əsasən əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyədən vergi 6 faiz dərəcə ilə hesablanacaq. Bu şərtlə ki, Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılsın.