Bildiririk ki, vergi ödəyicisi həm ƏDV tutulan əməliyyatlar, həmdəki ƏDV-dən azad olunan əməliyyatlar aparıldığı və müəssisədə uçotun ayrı-ayrılıqda aparılmasının qeyri-mümkün olması səbəbindən ƏDV məbləği bu Məcəllənin 175.4-cü maddəsinin tələbləri əsasında xüsusi çəki ilə əvəzləşdirilir. Lakin ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların ayrı-ayrılıqda uçotu aparıldıqda isə ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği tam məbləğdə əvəzləşdirilir. Buna konkret məsələ ilə aydın gətirək.
Tutaq ki, hər hansı “A” müəssisəsi quş əti, toyuq yumurtası idxal etmiş və hesabat dövründə həm quş əti, yumurta, həmdəki quş ətinin bir hissəsini emal edərək satmış və vergi ödəyicisi uçotu ayrı-ayrılıqda aparılmadığı üçün ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilmişdir.
Öncə bildiririk ki, idxal edilmiş yumurta kənd təsərrüfatı məhsulu hesab edildiyi Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən ümumiyyətlə ƏDV məbləği əvəzləşdirilmir. Quş ətinin satışı isə Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən ƏDV-dən azad əməliyyat, quş ətinin emalında yaranmış məhsulun satışı isə ƏDV tutulan əməliyyat hesab edildiyindən və uçot ayrı-ayrılıqda aparılmamsı səbəbindən idxal edilmiş quş əti üzrə ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən xüsusi çəki ilə əvəzləşdirilir.
Bundan əlavə məlumat üçün bildiririk ki, kənd təsərrüfatı məhsullarına aid edilən məhsul növləri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Həmin təsnifata əsasən diri heyvanlar kənd təsərrüfatı məhsullarına, kəsilmiş heyvanın əti isə emal sənayesinin məhsullarına aiddir.
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab edildiyindən, heyvanların və quşların kəsilərək təqdim edilməsi kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir.
Eyni zamanda bildiririk ki, idxalda ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməyən hissəsi malın dəyərini formalaşdırır.
Belə ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Eyni zamada mühasibat uçotu qaydalrına əsasən mallar əldə edilən zaman ilkin dəyəri ilə qiymətləndirilir. Malların ilkin dəyərinə alış qiyməti, gömrük idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və malların əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir.