Nağdsız hesablaşma haqqında qanunda dəyişiklik edilib.

Nağdsız hesablaşma haqqında Azərbaycan Respublikası Qanununa dəyişiklik edilib. Qanun 3.3-cü bəndinə edilən dəyişikliyə əsasən ƏDV ödəyicisi olan vergi ödəyiciləri və əvvəlki 12 aylıq dövriyyəsi 200 min manatdan artıq olan ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin aylıq nağd ödənişlərinin həcmi öncəki aydakı ƏDV daxil ümumi dövriyyənin 2% həddində ola bilər. Yəni məsələn ƏDV ödəyicisi olan vergi ödəyicisinin noyabr ayında ƏDV daxil dövriyyəsi 1800000,0 manatdır. Bu zaman həmin ödəyicinin dekabr ayında apara biləcəyi nağd ödənişlərinin həcmi ən çoxu 36000,0 manat (1800000,0x2%) ola bilər. Bu hədd maksimum 50000,0 manatadək yüksələ bilər. Yəni qeyd edilən vergi ödəyicilərində əvvəlki aydakı əməliyyatın həcmi ƏDV daxil 2600000,0 manat olarsa və baxmayaraq ki bu dövriyyənin 2%-i 52000,0 manat (2600000,0x2%) edir, həmin vergi ödəyiciləri cari ayda yalnız 50000,0 manat həddində nağd ödənişlər apara bilərlər. Əgər bu ödəyicilərin əvvəlki aydakı ƏDV daxil dövriyyəsinin 2%-i 30000,0 manatdan az olsa bu zaman həmin ödəyicilərin aylıq nağd ödənişlərinin  həcmi yenə də 30000,0 manat həddində qalır. Məsələn bu tip hər hansı bir ödəyicidə əvvəlki ayda ƏDV daxil ümumi dövriyyə 140000,0 manat olarsa və baxmayaraq ki bu məbləğin 2%-i 30000,0 manatdan azdır (140000,0x2%=2800) amma yenə də həmin ödəyici cari ay ərzində 30000,0 manat həddində ödənişləri nağd qaydada apara bilər. Digər vergi ödəyiciləri üçün isə qaydalar əvvəlki vəziyyətdə qalır. Yəni yalnız 15000,0 manatadək olan ödənişlər nağd qaydada aparıla bilər.