Naxçıvan Muxtar Respublikasında tətbiq edilən vergitutmanın xüsusiyyətləri

Vergi Məcəlləsinə 2026-cı ildən yeni əlavə edilən 226.4-cü maddəyə əsasən  Naxçıvan Muxtar Respublikasının rezidenti hesab olunan şəxslər 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Eyni zamanda qeyd olunan şəxslərin  səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-cı ilin yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.

 

Dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.