Vergi məcəlləsi ilə uyğunlaşa bilməyən vergi uyğunsuzluqları:
Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların gətirilməsinə (daşınmasına), çəkilən xərclər də daxildir. Həmçinin də “Gömrük tarifi haqqında” qanunun 13.2.5-ci maddəsinə əsasən idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri malın gömrük dəyərinə daxil edilir. Yəni malın gömrük dəyərinə malın daşınma xərci də daxildir. Lakin Vergi orqanından göndərilən uyğunsuzluq məktublarından görünür ki, vergi məlumat bazası malın gömrük dəyərini deyil yalnız invoys dəyəri+gömrük rüsumlarını nəzərə alır. Beləliklə də vergi məcəlləsinin 143-cü maddəsində qeyd olunan malın daşınmasına çəkilən xərclər nəzərə alınmamış olur.