Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərdə əsas məqamlar

2023-cü il üçün də Vergi Məcəlləsinə bir çox dəyişikliklər edilib və bu dəyişikliklər artıq Azərbaycan Respublikası prezidenti tərəfindən təsdiq edilmişdir. Bu il üçün vergi məcəlləsinə bəzi maddələr əlavə edilmiş, həmçinin də bəzi maddələrdə redaktə xarakterli dəyişikliklər edilmişdir.  Bundan başqa Vergi Məcəlləsinə yeni XIX fəsil əlavə edilmişdir.  Bu fəsil isə bütünlüklə İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri barədədir. Belə ki, Bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün bir çox güzəştlər nəzərdə tutulmuşdur.  Qeyd olunanları ümumiləşdirərək Vergi Məcəlləsində əsas  əhəmiyyətli dəyişikliklər tərəfimizdən ötən illə (2022-ci il) müqayisəli cədvəl şəklində tərtib olunaraq Sizlərə təqdim edirik. Eyni zamanda Vergi Məcəlləsinə əlavə edilmiş yeni XIX fəsil tam olaraq ayrılıqda Sizin diqqətinizə çatdırılır.

XIX Fəsil

Vergi Məcəlləsində dəyişikliklər (2022-2023 müqayisəli)